İlk gündə 2 medal

İlk gündə 2 medal
Komandamız dünya çempionatına 1 gümüş, 1 bürünc mükafatla başlayıb

Mərakeşdə cüdo üzrə gənclər arasında dünya çempionatı start götürüb. İlk yarış günü millimizin 5 üzvü mübarizəyə qoşulub. Onlardan 2-i fəxri kürsüdə yer alıb.

60 kq-da qüvvəsini sınayan Əhməd Yusifov finaladək itkisiz irəliləyib. Koreya, ukrayna, türkiyə və qırğızıstanlı həmkarlarını üstələyən Yusifov həlledici görüşə yüksəlib. Əhməd baş mükafat uğrunda rusiyalı Konstantin Simeonidislə üz-üzə gəlib. Rəqibinə vazari ilə məğlub olan Əhməd Yusifov gümüş medala layiq görülüb.

66 kq çəki dərəcəsində güləşən İbrahim Əliyev ABŞ, Venesuela və Moldova təmsilçilərinə qalib gəlib. 1/4 finalda braziliyalı idmançıya uduzan İbrahim təsəlliverici görüşlərə qatılıb. Burda isə rusiyalı atletə gücünü göstərən Əliyev, rumıniyalı Lusian Dumitreskuya da eyni aqibəti yaşadıb. Nəticədə İbrahim Əliyev dünya çempionatını 3-cü pillədə ba.a vurub.

Digər cüdoçularımız Davud Abbaslı, Rövşən Əliyev və Gültac Məmmədəliyeva erkən mərhələlərdə yarışla vidalaçıblar.

Qeyd edək ki, dünya çempionatına 81 ölkədən 517 idmançı qatılıb. Azərbaycan millisi mundialda 9 oğlan və 2 qız cüdoçu ilə təmsil olunur.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə