Pianonu dilə gətirən əllər... - VİDEO

Pianonu dilə gətirən əllər... - VİDEO
Bəstəkar F.Sücəddinovun Milli Konservatoriyada konserti baş tutdu

Piano həyat kimidir, ağ dilləri xoşbəxtlik, sevinc, qara dilləri isə qüssə, kədər ifadə edir. Lakin yaxşı musiqi yaratmaq üçün hər ikisinə toxunmaq lazımdır. Bu musiqi alətinin italyancadan anlamı "sakit" deməkdir. Elə məhz buna görə də pianonu dilləndirməyi hər kəs bacarmır. Bunu bacaran şəxslər isə tarixə adını yazmış olurlar. Məsələn, Bethoven, Mozart, Şopen, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və başqaları. Faiq Sücəddinov da həmin şəxslərdəndir. O, sözün hər iki mənasında pianonun dilləndirməyi, onun notları ilə yanaşı nazı ilə də oynamağı bacarır. Hətta onu pianoda mahir ifasına görə Vaqif Mustafazadənin davamçısı adlandırırlar. Bu gün bəstəkarın uzun aradan sonra Milli Konservatoriyada baş tutan konserinə getdik. Faiq Sücəddinov bizimlə söhbətində çox həyəcanlı olduğunu bildirdi.

Bəstəkar həmçinin qeyd etdi ki, əgər təkliflər gəlsə bu tip konsertləri rayonlarda da təşkil edə bilər. Zala girən kimi ab-havadan başa düşülürdü ki, pionunu dilə gətirən əllər Faiq Sücəddinovundur. Elə buna görə idi ki, konsertdə Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimidən tutmuş orda dərs verən müəllimləri, tələbələri və musiqi sevərləri görmək olurdu. Bəstəkar tələbələrinin qarşısında "Azərbaycan", "Portret", "Etüd", "Xatirələr", "Miras", "Vətən balladası" kimi tanınmış və sevilən əsərlərini ifa edərək onlara həm də bir ustad dərsi keçdi.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə