Nazirlik vətəndaşın şikayətini təmin etdi - VİDEO

Nazirlik vətəndaşın şikayətini təmin etdi - VİDEO
Gözdən əlil yeni mənzillə təmin olunacaq

Bir müddət əvvəl REAL TV-yə müraciət edən birinci qrup gözdən əlil Vasif Abdullayevə şad xəbərimiz var.

O, uzun illərdir həsrətində olduğu evə nəhayət ki, sahib ola biləcək

Xatırladaq ki, Zərdab rayonu Kəndəbil kənd sakini olan Vasif Abdullayev və ailəsi hər an uçmaq təhlükəsi ilə üz-üzə qalan qəzalı evdə yaşayır. İş qabiliyyətlərinin olmaması və yalnız əlillik müavinətinin ümidinə qalması, onları bu problemin girdabında boğulmağa məcbur edir.

Ən pisi isə odur ki, birinci qrup gözdən əlilin yeddi nəfərdən ibarət ailə üzvlərindən üçü də onun kimi işıqlı dünyaya zülmət pərdədən baxırlar.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə