Millimizin “Çin səddi” sınağı - VİDEO

Millimizin “Çin səddi” sınağı - VİDEO
Komandamız Şanxayda keçiriləcək mundiala yollanır

Oktyabrın 19-da Çində uşu üzrə 15-ci dünya çempionatı start götürəcək.

Şanxay şəhərində reallaşacaq yarışda millimizin üzvləri də iştirak edəcəklər.

Seçməmiz mundiala 3 idmançı ilə yollanacaq. 48 kq-da Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının bürünc və dünya çempionatının gümüş mükafatçısı Orxan Hətəmov qüvvəsini sınayacaq.

56 kq çəki dərəcəsində dördqat Avropa çempionu, İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Elçin Eminov döyüşəcək. İslam Həmrəyliyi Oyunlarının bürünc və gümüş mükafatçısı Ruslan Pirəliyev isə 65 kq-da mükafatlara iddialıdır.

Seçməmiz dünya çempionatına böyük məşqçi Baharətdin Səlimovun rəhbərliyi altında yollanacaq. 82 ölkənin idmançılarının qatılacağı yarışa ayın 23-də yekun vurulacaq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə