Mehmandarov küçəsi təmir olundu - VİDEO

Mehmandarov küçəsi təmir olundu - VİDEO
Xətai rayonunda daha bir küçə əsaslı şəkildə bərpa olunub

Səməd bəy Mehmandarov küçəsinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması vətəndaşların haqlı narazılığına səbəb olurdu.

Çünki küçə boyu yolun hərəkət hissəsində çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Aparılan işlər çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb bunun əvəzində yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılıb və yenidən bərpa edilib, asfalt-beton örtüyü döşənib.

Aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün yağış-kanaliasiya sistemi də yenidən bərpa olunub, piyadaların rahat gediş-gəlişi üçün piyada səkiləri bərpa olunaraq kənarlarına yeni səki daşları düzülüb.

Küçənin bu gün istifadəyə verilməsi də təsadüfi deyil. Çünki bu gün General Səməd Bəy Mehmandarovun doğum günüdür. O, 1855-ci ildə oktyabr 16-sı Lənkəranda dünyaya gəlib Bakıda gimnaziya təhsili aldıqdan sonra Pterburqdakı artilleriya məktəbinə daxil olub. 1904-cü ildə general mayor rütbəsi alan Mehmandarov sonralar Rusiya İmperator ordusunun tam artilleriya generalı, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Müstəqillər fraksiyasının üzvü ən əsası isə Azərbaycan Xalq Cümhuriyyətinin hərb naziri olub. Onun rus-yapon müharibəsi və birinci dünya mühribəsi zamanı göstərdiyi şücaətlər Azərbaycan hərb tarixinin unudulmaz səhifələridir. Bu döyüşlərdə göstərdiyi igidliklərə görə Müqəddəs Georgi, Müqəddəs Vladimir və Müqəddəs Anna ordenləri ilə təltif olunan Səməd Bəy

Mehmandarov eyni zamanda Azərbaycanın hərb elminə də öz əvəzsiz töhfələrini verib. O, 1931-ci ildə Bakıda dünyasını dəyişib.

REAL

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə