Türk Ölkələri Birliyi-Türk Şurası (VİDEO)

Türk Ölkələri Birliyi-Türk Şurası (VİDEO)
Şura beş ölkəni özündə birləşdirir

Türk Şurası- Türk ölkələrini birləşdirən beynəlxalq təşkilatdır .Şura 2009-cu ilin oktyabrın 3-də, Naxçıvanda yaradılıb.

2012-ci ildə isə Bişkekdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin daxil olduğu Türkdilli Ölkələrin Əməkdaşlığı Birliyinin, yəni, Türk Birliyinin bayrağı qəbul edilib. Vahid bayraq üçün 4 dövlətin bayrağının hər birindən bir element götürülüb: Günəş Qırğızıstanın, ulduz Azərbaycanın, aypara Türkiyənin, rəng isə Qazaxıstanın bayrağındandır.

Türk Şurasının üç mərkəzi var. Bunlar İstanbul, Bakı və Astanadır. İstanbul inzibati mərkəzdir. Bakı Parlament Assambleyasının mərkəzi, Astana isə Türk Akademiyasının mərkəzi olaraq qəbul edilib.

Türk Şurasının fəaliyyət prinsipləri 16 sentyabr 2010-cu il tarixli İstanbul Bəyannaməsində əksini tapıb. İlk mərhələdə Türk Şurasına Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan daxil olub. Bu il Özbəkistan da Türk Şurasına qoşulub.

Qeyd edək ki, sabah Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşü keçiriləcək.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə