Qara siyahıdakı Zatulin - VİDEO

Qara siyahıdakı Zatulin - VİDEO
XİN:"Zatulinin hərəkəti Azərbaycan əleyhinə təxribatdır"

"Rusiya Dövlət Dumasının MDB, Avrasiya inteqrasiya məsələləri və Həmvətənlərlə əlaqələr Komitəsinin sədrinin müavini, qatı ermənipərəst mövqeyi ilə tanınan Konstantin Zatulinin ölkəmizin işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forumda” qanunsuz iştirakı onun Azərbaycan əleyhinə yönələn növbəti təxribatıdır". Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Leyla Abdullayeva Rusiya Dövlət Dumasının üzvü K.Zatulinin Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilən “Forum”da qanunsuz iştirakına münasibət bildirərkən deyib.

K.Zatulinin adı Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlər etdiyi üçün müvafiq “qara siyahıya” daxil edilib. K.Zatulinin “forum”da qanunsuz iştirakı və onun Azərbaycan əleyhinə təbliğat xarakteri daşıyan əsassız fikirləri rəsmi Rusiyanın mövqeyi ilə tamamilə uzlaşmır.Azərbaycan və Rusiya arasında strateji xarakterli tərəfdaşlıq münasibətləri hər iki ölkə Prezidentlərinin sıx təmasları ilə intensiv şəkildə inkişaf etməkdədir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu yaxınlarda “Valday” beynəlxalq diskussiya klubunda iştirakı və bu çərçivədə keçirilmiş ikitərəfli görüş bunun bariz nümunəsidir.İki ölkə arasında uğurla inkişaf edən əməkdaşlıq fonunda K.Zatulin kimi şəxslərin fəaliyyəti Azərbaycan və Rusiya münasibətlərinə xələl gətirmək məqsədi güdür. , bu kimi təxribat xarakterli səylərə baxmayaraq Azərbaycan və Rusiya münasibətləri bundan sonra da uğurla inkişaf edəcək". XİN rəsmisi əlavə edib.

Konstantin Zatulinin “Rusiya Dağlıq Qarabağı dəstəkləyir” məzmunlu açıqlamasını Rusiya Dövlət Dumasında Rusiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev də şərh edib. Şərhdə bu cür bəyanatların “çox qəribə” olduğu, çünki Azərbaycanın işğal olunmuş torpaqlarında yaradılan separatçı rejimin heç kim, o cümlədən elə Ermənistanın özü tərəfindən tanınmadığı qeyd olunur.“Rusiyanın rəsmi mövqeyi çox qəti ifadə olunub: Azərbaycanla Ermənistan arasındakı ərazi münaqişəsi sırf beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır. Məhz ona görə də dövlətimiz vətəndaşları adından heç bir “Artsax”ı tanımır. Münaqişənin iki tərəfi var, bu da Azərbaycan və Ermənistandır. Dağlıq Qarabağ Azərbaycanın işğal olunmuş torpağıdır. Yüzlərlə dinc azərbaycanlının öldürüldüyü Xocalı faciəsi indiyədək hərbi cinayət əməli kimi tanınmayıb. Bunu həll etmək, həlak olmuş, ev-eşiyini itirmiş insanlar üçün haqq-ədaləti bərpa etmək lazımdır”, - rusiyalı deputat vurğulayıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə