Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb - FOTO

Bakı-Sumqayıt yolunda avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb - FOTO

Bakı-Sumqayıt yolunda kommunikasiya xətlərinin dəyişdirilməsinə görə avtomobillər üçün hərəkət qismən məhdudlaşdırılıb.

REAL APA-ya istinadla xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi idarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev məlumat verib.

Onun sözlərinə görə, Bakı-Sumqayıt yolunun üzü Sumqayıt istiqamətində 10.5 -ci kilometrindən 11.5 -ci kilometrinədək (Xırdalan dairəsindən Masazır dairəsi istiqmətində) olan ərazidə bu gündən etibarən təmir işləri aparıldığı üçün avtomobillərin hərəkəti qismən məhdudlaşdırılıb. Təmir işləri bir neçə gün davam edəcək.

Sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə