Erməni terrorunun əsas hədəfi

Erməni terrorunun əsas hədəfi
Ermənilər Azərbaycanda 373 terror aktı törədib

Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti erməni terror təşkilatlarının xüsusi planı ilə başlayıb. Hələ ötən əsrdən Azərbaycana yönəlmiş erməni terroru 1980-ci illərdən yenidən vüsət alıb. Azərbaycan ərazilərinin 20 faizi işğal olunub. Dövlət Təhlükəsizlik Xidməinin açıqladığı statistikaya görə, Ermənilərin Azərbaycanda törətdiyi 373 terror aktı nəticəsində 2 mindən artıq dinc insan həlak olub.

1989-1990-cı illər aralığında erməni terrorçuları "Tbilisi-Bakı", "Şuşa-Bakı" , "Tərtər-Kəlbəcər" , "Tbilisi-Ağdam", Şəmkir-gəncə marşrutu üzrə hərəkət edən avtobusları partladıblar. Nəticədə 200-dək yaxın dinc sakin həlak olub və onlarla həmyerlimiz yaralanıb.

1991-ci il. yanvarın 9-da "MolodyoJ Azerbaycana" qəzetinin müxbiri Salatın Əsgərova və 3 hərbi qulluqçunun olduğu avtomobilə qarşı terror aktı nəticəsində 4 nəfər qətlə yetirilir.

Sonradan terrorçu qrupun üzvləri məsuliyyətə cəlb olunasalar da bu həbs erməni terrorunu durdura bilmir. Həmin ilin 30 mayında Rusiya Federasiyası Dağıstan Respublikasının Xasavyurd stansiyası yaxınlığında "Moskva-Bakı" sərnişin qatarı partladılır, nəticədə 11 nəfər həlak olur. 22 nəfər yaralanır. Müxtəlif vaxtalrda sərnişin qatarlarında terror aktları həyata keçirən terrorçular yenə də dinc insanalrı hədəfə alır. 28 yanvar 1992-ci ildə "Ağdam-Şuşa" marşrutu ilə uçan Mİ-8 mülki vertolyotu Şuşa şəhəri yaxınlığında erməni terrorçuları tərəfindən vurulur. Nəticədə çoxu qadın və uşaq olan 44 nəfər həlak olmuşdur.

1992-ci ilin yanvar ayında erməni terrorçu dəstələri Kərkicahan qəsəbəsində 80 nəfər, 1992-ci ilin fevral ayında Xocavənd rayonunun Qaradağlı kəndində 77 nəfər və 26 fevral 1992-ci il tarixdə Xocalı şəhərində 613 nəfər dinc sakini qətlə yetirir,650 nəfəri isə yaralayır.

2 iyun 1993-cü il. Bakı dəmir yolu vağzalında sərnişin qatarının vaqonunun partladılması nəticəsində dövlətə külli miqdarda maddi ziyan dəyir. İstintaq zamanı sübuta yetirilmişdir ki, həmin qrup 1992-1994-cü illərdə Rusiya ərazisindən Bakıya gələn sərnişin qatarlarında silsilə partlayışlar törədib.

19 mart 1994-cü il. Bakı metropolitenin "20 Yanvar" stansiyasında törədilmiş partlayış nəticəsində 14 nəfər həlak olmuş, 49 nəfər yaralanmışdır. Məhkəmə sübut etmişdir ki, terror aksiyası Ermənistan xüsusi xidmət orqanları tərəfindən hazırlanmış, separatçı "Sadval" ləzgi təşkilatının üzvləri tərəfindən həyata keçirilib. İstintaq zamanı müəyyənləşdirilmişdir ki, təxribatçılar təlimata uyğun olaraq, "20 Yanvar" stansiyası ilə yanaşı Bakının "Nizami" kinoteatrında, Respublika sarayında və Bakı lampa zavodunda da partlayışlar törətməyi planlaşdırıb.

3 iyul 1994-cü il. Bakı metropolitenin "28 May" və "Gənclik" stansiyaları arasında elektrik qatarındakı partlayış nəticəsində 13 nəfər həlak olmuş, 42 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə