İlk qaliblər müəyyənləşdi

İlk qaliblər müəyyənləşdi
Birinci gündə bədii və aerobika gimnastikası üzrə yarışlar keçirilib

Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı birinciliyi, 6-cı bölgələrarası kubok, həmçinin, aerobika gimnastikası üzrə 5-ci ölkə birinciliyi və paytaxt çempionatının ilk qalibləri müəyyənləşib.

Dörd günlük yarışda gimnastlar gənclər, yeniyetmələr, uşaqlar və balacalar arasında medallar uğrunda mübarizə aparırlar. Aerobika gimnastları isə bütün yaş qruplarında bacarıqlarını nümayiş etdirirlər.

2009-cu il təvəllüdlü bədii gimnastların yarışında Gövhər İbrahimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Nəzrin Salmanlı 9 yaşlı idmançılar arasında birinci olub. 8 yaşlı gimnastların yarışında Yelizaveta Yefremova qızıl medal qazanıb.

Aerobika gimnastikasında balaca oğlanların fərdi mübarizəsində Səid Əliyev, qızlar arasında Ayan Ağayeva baş mükafata sahib çıxıb. Böyüklərin yarışında Vladimir Dolmatov və Nərminə Hüseynova qalib gəliblər. Yeniyetmə qızlar arasında Dilarə Qurbanova, 9-11 yaşlı uşaqların mübarizəsində Məryəm Topçubaşova, gənclərin yarışında isə Xədicə Quliyeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Çempionatda paytaxt və bölgələrdən ümumilikdə 200-dən çox idmançı iştirak edir.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə