Azərbaycanlı tələbələrin konserti - VİDEO

Azərbaycanlı tələbələrin konserti - VİDEO
Moskva Teatr İnstitutunda gənc aktyorlarımız çıxış etdi

Moskvanın ən məşhur teatr ocaqlarından birində - Boris Şyukin adına Teatr İnstitutunda təhsil alan azərbaycanlı tələbələrin konsertində vokal və rəqs nömrələri, tamaşalardan səhnələr, etüdlər nümayiş etdirildi, əsərlərdən parçalar oxundu.

Azərbaycanlı tələbələrin universitet həyatı barədə isə kursun rəhbəri, Rusiyanın Əməkdar İncəsənət Xadimi, institutun rejissorluq fakültəsinin müdiri Mixail Borisov məlumat verib.

“Birinci il çox çətin ildir. Adaptasiya ilidi, çünki qarşıya qoyulan məqsəd başa düşülməli, orqanizm yeni mühitə uyğunlaşmalıdır. İkinci-üçüncü illər daha tez keçdi. Dördüncü il isə tamaşaların hazırlanması, diplom işləri üzərində iş ilidir. Mənə elə gəlir ki, indi onlar uyğunlaşıblar və yüksəkliyə doğru hərəkət edirlər. Bu il Bizim Bakı səfərimiz bizə çox köməklik etdi. Bizim orada çıxışımız oldu. Əsas odur ki, Bakı gördü ki, bir ilə nə hazırlanılır və onlar kimləri teatr truppalarının sıralarına qəbul edəcəklər”.

Mixail Borisov Ali təhsi olcağında bu il təhsillərini başa vuran Universitetin Azərbaycan studiyasının tələbələrinin yeni qrupla əvəzlənəcəyi barədə iş aparıldığını da qeyd edib:

“Rəhbərliyin bu cür fikri var ki, daha bir qruppa yığaq və teatr üçün yeni bir nəsil də yetişdirək. Bu gələcəyin işidir. Teatrda əvvəlcədən nəsə demək çox çətin işdir. Görək necə olacaq işlərimiz necə gedəcək, İnanıram ki hər şey yaxşı olacaq”.

Gənc aktyorların çıxışları gurultulu alqışlarla qarşılanıb. Tələbələrimiz isə Moskva təhsilləri barədə REAL-a danışıblar

Azərbaycanlı tələbələrin B.Şyukin adına Moskva Teatr İnstitutunda çıxışının uğurla keçdiyi tamaşaçıların rəyindən məlum olur.

Nəzərinizə çatdıraq ki, 9 nəfərdən ibarət olan azərbaycanlı tələbələrin Moskvanın Boris Şyukin adına Teatr İnstitutunda təhsil almaları Azərbaycan Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə baş tutub.

REAL-ın Rusiya bürosu

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə