6-cı hiss yaxud 0-5 (VİDEO)

6-cı hiss yaxud 0-5 (VİDEO)
21 yaşlıları 12-ci oyunçu xilas edə bilər

Fransa və Azərbaycan yığma komandalarının nəticəsini Reno və Vaz 21-05 markalı avtomaşınların yarışına bənzətmək olar.

Bizim 21 yaşlılarımız doğulanda, yəni 1998-ci ildə Fransa öz evində dünya çempionu olmuşdu.

Geridə qalan 21 il ərzində bizə xərci borcunu ödəməyən və yağ yeyən sovet futbol məktəbinin Vaz 21-05-i qaldı. Komandamızın baş məşqçisi Milan Obradoviç oyundan sonra deyib ki, artıq bu görüş geridə qaldı və biz İsveçrə ilə oyunu düşünüb, rəqibin heyətini öyrənməyə çalışacağıq.

Əgər vəziyyət rəqibin heyətini öyrənməklə düzələcəksə məşqçimizə bəzi ip ucları verək. İsveçrənin heyətində çıxış edən türk əsilli Eray Comərtin transfer qiyməti 2 milyon avro dəyərindədir.

Bizim türk əsilli futbolçumuz Barış Ekincierin transfer qiyməti isə 100 min avrodur. Yəni rəqib futbolçudan 20 dəfə ucuz. Rəqib komandanın formasını geyinən Ruben Varqası almaq istəyən klub 7 milyon avro ödəməlidir. Bizim ən bahalımız Anton Krivotsyukun isə 600 min avro qiyməti var. Bu məbləğlər həlledici olmasa da futbolçuların keyfiyyətini əks etdirir.

Deməli biz İsveçrə ilə görüşdə futbolçularımızdan çox 12-ci oyunçuya, kurioz zərbələrə, dirəklərə və bu kimi futbolçu keyfiyyətinə birbaşa təsir etməyən amillərə bel bağlamalı olacağıq. U-21 yığmamızdan söz düşmüşkən bir təsadüfü də xatırlatmaq yerinə düşər. 21 yaşlılarımızın Fransa məğlubiyyətindən 1 gün əvvəl 21 nəfər uşaq məşqçisinə Qubada seminar keçirilib. 2 nəfərli partalarda 3-3 əyləşən məşqçilər uşaq futbolundakı çatışmazlıqları müzakirə ediblər.

Danışıblar, yazıblar, göstəriblər və dinləyiblər.

Bu məşqçi isə qayğılı görünür. Sanki 6-cı hissi ona 0-5 hesablı məğlubiyyətin mesajını verir. Onların geyimlərində futbolumuzun müxtəlif dövrlərinə aid rəng çalarlarını tapmaq mümkündür. İsveçrə ilə oyunun hesabını tapmağa isə heç ilbiz Paul da boyun olmazdı. Təbii ki yaşasaydı. Yaşasaydı demiş, tarixə baxsaq görərik ki, 10 oktyabrda Puatye döyüşü olub.

Amerikalı Con Uesli bilyard şarını patentləşdirib və bir də 1956-cı ilin 10 oktyabrında Газ-М21 «Волга» avtomaşını istehsal olunub. 2019-cu ilin 10 oktyabrı isə tarixdə Reno və Vaz 21-05 qəzası kimi qaldı.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə