Siyahıyaalma baş tutdu - VİDEO

Siyahıyaalma baş tutdu - VİDEO
Oktyabrın 15-nə kimi nəzarət gəzişmələri davam edəcək

Azərbaycanda əhalinin siyahıya alınması rəsmən başa çatsa da, Qaynar xəttə müraciət edən vətəndaşların siyahıya alınması hələ də davam edir.

"Ümiumiyyətlə, oktyabrın 15-nə qədər nəzarət gəzişmələri həyata keçiriləcək".

Bunu REAL-a açıqlamasında Statistika Komitəsin Siayhıyaalma qrupunun rəhbəri Azad Abbasəliyev bildirib.

Azad Abbasəlievin sözlərinə görə, Azərbaycanda əhalinin siyahıyalınması baş tutub. Baxmayaraq ki, artıq sosial şəbəkələrdə siyahıyaalınmadan narazaılıq ifadə edən fikirlər səslənməkdədir. Adamlar bildirirlər ki, onların qapısını heç kim döyməyib.

Siyahıyaalma başa çatdıqdan sonra siyahıyaalma materialları ilin sonunadək Siyahıyaalma qrupuna təhvil veriləcək, 2020-ci il ərzində işə qəbul ediləcək operatorlar vasitəsilə onların elektron məlumat sisteminə daxil edilməsi, proqram təminatı vasitəsi ilə məntiqi yoxlanılması prosesi həyata keçiriləcək. Sonrakı ilyarım ərzində siyahıyaalma məlumatları emal ediləcək, əldə ediləcək çıxış cədvəlləri əsasında siyahıyaalmanın yekunlarına dair məcmuələr nəşr olunaraq istifadəçilərə çatdırılacaq

Xatırlaadq ki, siyahıyaalma ölkələr arasında müqayisələr aparmaq baxımından əlverişli vasitə sayılır və BMT tərəfindən hər 10 ildən bir bütün ölkələrə tövsiyə olunur. Azərbaycanda sayca 3-cü olan bu siyahıyaalma BMT-nin Əhali və Mənzil Fondunun siayhıyaalma raundu əsasında keçirilirdi.

Onu da deyək ki, ölkədə əhalinin siyahıya alınmasına sentyabrın 30-dan oktyabrın 1-ə keçən gecədən başlanılmışdı. 10 gün davam edən siyahıyaalma prosesində 720 siyahıyaalma məntəqəsi, 6777 təlimatçı, 33907 sayıcı məntəqə fəaliyyət göstərib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə