Bakıda Əfqanıstan məhsullarının sərgisi açılıb - VİDEO, YENİLƏNİB

Bakıda Əfqanıstan məhsullarının sərgisi açılıb - VİDEO, YENİLƏNİB
Sərgidə 40-a yaxın Əfqanıstan şirkəti iştirak edir

Oktyabrın 11-də Bakı Biznes Mərkəzində Azərbaycanın İqtisadiyyat, Əfqanıstanın Sənaye və Ticarət nazirliklərinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Əfqanıstan Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Əfqanıstan məhsullarının sərgisi açılıb.

REAL xəbər verir ki, İqtisadiyyat naziri Şahin Mustafayev və Əfqanıstanın Sənaye və Ticarət naziri Acmal Əhməd sərgi ilə tanış olublar.

Sərgidə qida, tekstil, tikinti materialları istehsalı, inşaat və sair sahələrdə fəaliyyət göstərən 40-dan çox əfqan şirkəti öz məhsullarını təqdim edir.

Sərgi oktyabrın 14-dək davam edəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə