Milli Qəhramanın atası evə buraxılıb

Milli Qəhramanın atası evə buraxılıb
H.Əliyev Fondu A.İbrahimovun müalicə xərclərini öz üzərinə götürüb

Heydər Əliyev Fondu Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimovun müalicə xərclərini öz üzərinə götürüb.

Bu barədə "Report"un Muğan bürosuna Ağakərim İbrahimovun oğlu Rəşad İbrahimov məlumat verib.

Onun sözlərinə görə, A.İbrahimov bu gün Bakı şəhərində ürəyindən əməliyyat olunduğu Mərkəzi Klinikadan evə buraxılıb və yaşadığı Biləsuvar rayonunun Əliabad kəndinə yola salınıb.

Qeyd edək ki, A.İbrahimov ürəyindən əməliyyat olunub.
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər