Ticarət mərkəzlərində yanğına səbəb - VİDEO

Ticarət mərkəzlərində yanğına səbəb - VİDEO
R.Xudiyev: "Ticarət mərkəzlərində təhlükəsizlik qaydaları pozulur"

Paytaxt Bakıda bəzi böyük ticarət mərkəzlərinin ərazisi hektarla olsa da yanğın təhlükəsizilik qaydaları ciddi şəkildə pozulur.

Bunu oktyabrın 8-də Binə Ticarət Mərkəzində baş verən yanğınla bağlı suala cavabında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Rza Xudiyev bildirib.

Xidmət rəsmisinin sözlərinə görə, böyük ticarət mərkəzlərinin ərazisində tələblərə görə müəyyən zolaqlar ,sədlər olmaldıır ki, yanğın baş verdikdə qısa vaxt ərzində başqa bir yerə keçməsin. Lakin bugünkü gün belə zolaqlar olsa belə ona ciddi nəzarət olunmur.

Xatırladaq ki, oktyabrın 8-də gecə saatlarında Qaradağ rayonu, Binə bazarında yanğın hadisəsi olub. Yanğının söndürülməsinə ümumilikdə Dövlət Yanğından Mühafizə Xidmətindən 130 nəfər şəxsi heyət, 30 ədəd texnika, Xüsusi Riskli Xilasetmə Xidmətindən 37 nəfər şəxsi heyət, 5 ədəd texnika, Mülki müdafiə qoşunlarından 51 nəfər şəxsi heyət, 3 ədəd texnika cəlb olunub. Yanğın 2000- kv.m sahəni əhatə edib. Bundan əvvəl mart ayının 26-da isə Nizami rayonunda yerləşən Diqlas ticarət mərkəzində böyük yanğın hadisəsi qeydə alınmışdı.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə