BNA: Gələn il “Bakı Kart” istifadəçiləri kartın balansını onlayn qaydada artıra biləcək

BNA: Gələn il “Bakı Kart” istifadəçiləri kartın balansını onlayn qaydada artıra biləcək

Gələn ilin ilk yarısında Bakı şəhərinin sakinləri və qonaqları paytaxtın ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart" təmassız ödəniş kartlarının balansını onlayn qaydada artıra biləcəklər.

“APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun özlərinə görə, hazırda bununla bağlı texniki işlər aparılır.

"Kartın balansını ya mobil telefon, ya da fərdi kompüter vasitəsilə artırmaq mümkün olacağı da istisna deyil. Şəhərin ictimai nəqliyyatının tam olaraq kart sisteminə keçidi özü ilə digər bir yeniliyi gətirəcək – sərnişinlərə bütün avtobus marşrutlarının hərəkətini real vaxt rejimində izləyə biləcəklər. Bu gün “BakuBus”ın avtobuslarının hərəkətini internet səhifəsindən necə izləmək olursa, eləcə də digər marşrut avtobuslarının hərəkətini də görmək mümkün olacaq", - deyə M. Ağayev qeyd edib.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə