Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb

Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb

İranın  Xuzistan əyalətinin Əhvaz şəhəri yaxınlığında Azərbaycan vətəndaşlarını Kərbəla ziyarətinə aparan avtobus yanıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İranın Əhvaz rayon İcra Hakimiyyətinin Yanğınsöndürmə Və Təhlükəsizlik Xidmətləri İdarəsinin direktoru İbrahim Qənbəri bildirib ki, yanğına avtobusun elektrik naqillərində yaranmış nasazlıq səbəb olub.

Qeyd edilib ki, hadisə yerinə dərhal yanğınsöndürmə briqadası cəlb olunub və avtobusun bütün sərnişinləri təxliyə edilib.

Hadisə zamanı bir qadın tüstüdən zəhərlənərək, xəstəxanaya yerləşdirilib. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə