Qadını ata bağlayaraq sürüyüblər

Qadını ata bağlayaraq sürüyüblər

Goranboy rayonunda 35 yaşlı qadını ata bağlayaraq sürüyüblər. 

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Xanqərvənd kəndində qeydə alınıb. 

Belə ki, rayon sakini, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova bir neçə gün əvvəl itmiş atlıarının qonşusunun həyətində olduğunu görərək onlara gedib. S.Ələkbərova qonşusundan atlarını geri qaytarmağı tələb edib. Bu zaman iki qonşu qadınla aralarında mübahisə yaranıb. Qonşu qadın oğlu və qızı ilə birlikdə S.Ələkbərovanı döydükdən sonra qadını həmin ata bağlayaraq sürüyüblər. 

Ağır bədən xəsarətləri alan qadın qailə üzvləri tərəfindən xəstəxanaya çatdırılıb. Onun v əziyyətinin ağır olduğu bildirilir. 

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, araşdırmalara başlanılıb. 

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə