11 pillə irəlilədik - VİDEO

11 pillə irəlilədik - VİDEO
2019-cu il üçün qlobal rəqabətə davamlılıq reytinqi açıqlanıb

Azərbaycan Ümumdünya İqtisadi Forumunun 2019-cu il üzrə qlobal rəqabətə davamlıq reytinqində 11 pillə irəliləyib.

Azərbaycan hazırda 62,7 bal ilə reytinq siyahısında 58-ci yeri tutur.

Qeyd edək ki, Ermənistan siyahıda 69-cu (61,3 bal ilə), Gürcüstan isə 74-cü (60,6 bal ilə) yerdə qərarlaşıb.

Ümumilikdə 141 ölkənin yer aldığı reytinq siyahısına Sinqapur başçılıq edir. İlk beşliyə həmçinin ABŞ, Honkonq (Çin), Niderland və İsveçrə daxildir.

Əlavə edək ki, qlobal rəqabətə davamlılıq indeksi 12 göstərici əsasında tərtib olunur və ölkələri dördüncü sənaye inqilabına hazırlıq səviyyəsinin ölçüsüdür. Azərbaycan "əmək bazarı" (21-ci yer/2018-ci ildə isə 40-cı yer), "biznesin dinamikliyi" (23/31), "ərzaq bazarı" (23/37), "infrastruktur" (38/46), "bacarıqlar" (48/54), "ictimai institutlar" (49/58), "bazarın miqyası" (67/65), "innovativ potensial" (68/71) kimi indekslərdə reytinqin yuxarı yarısında qərarlaşıb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə