Abşeronda ər arvadını döyərək öldürüb

Abşeronda ər arvadını döyərək öldürüb

Abşeron rayonunda arvadını döyərək öldürən şəxs tutulub.

"Report" un Sumqayıt-Abşeron bürsonun məlumatına görə, hadisə Abşeron rayonu Masazır qəsəbəsi, "Qurtuluş 93" bina 51 ünvanında qeydə alınıb.

Belə ki, Aynurə Abdullayeva ailə münaqişəsi zəmnində əri Yaqub Qurbanov tərəfindən döyülüb. Baş və bədəninin müxtəlif nahiyələrindən ağır xəsarətlər alan qadın qonşuların köməkliyi ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq qadının həyatını xilas etmək mümkün olmayıb. Qadın aldığı xəsarətlərdən yerləşdirildiyi xəstəxanada ölüb.  

Y.Qurbanov polsi əməkdaşları tətəfində saxlanılaraq istintaqa cəlb edilib. 

Faktla bağlı Abşeron rayon Prokurorluğunda araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə