Sumqayıtda piyadanı vurub öldürən sürücünün adı məlum olub

Sumqayıtda piyadanı vurub öldürən sürücünün adı məlum olub

Sumqayıtda piyadanı vurub öldürən sürücünün adı məlum olub.

REAL Report-a istinadla xəbər verir ki, hadisə oktyabrın 7-də, saat 19:30 radələrində Sumqayıt şəhəri, Koroğlu prospektində baş verib.

Belə ki, Əşrəf Vəliyev idarə etdiyi “Mercedes Benz D” minik markalı, 50-BO-108 dövlət qeydiyyat nişanlı avtomobillə yolu keçən piyada Yavər Əmiraslanovu vurub. Piyada aldığı xəsarətlərlə xəstəxanaya çatdırılıb, lakin orada ölüb.

Hadisə yeri və meyit müayinə olunub.

Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsi tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə