Qubada 18 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

Qubada 18 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürüb

Quba rayonunda bədbəxt hadisə baş verib.

REAL APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Yerfi kəndində qeydə alınıb.

Kənd sakini, 2001-ci il təvəllüdlü Cabir Babayevi qoyun otararkən elektrik cərəyanı vurub. Əlindəki çomağı yaxınlıqdan keçən elektrik xəttinə toxunduran gəncin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Quba rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə