Millimizin heyəti açıqlanıb

Millimizin heyəti açıqlanıb
Ağır atletlərimiz Avropa Çempionatında iştirak edəcəklər

Oktyabrın 17-də Rumıniyada yaşı 20 və 23-ə qədər olan ağırlıqqaldıranlar arasında Avropa çempionatı start götürəcək. Paytaxt Buxarestdə başlayacaq yarışa qatılacaq Azərbaycan millisinin heyəti müəyyənləşib.

U-20-lərin mübarizəsində Rüstəm Qasımov, Tarmenxan Babayev, Əliş Nəzərov, İsmayıl Qurbanov çıxış edəcək. Məhəmməd Məmmədli, Elşad Şərifov, Kənan Əliquliyev U-23-lər arasında qüvvəsini sınayacaq.

Qadınlardan Səbinə Əzimova 20, Mərziyyə Məhərrəmova isə 23 yaşadək idmançılarla mübarizə aparacaq.

Avropa çempionatı 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Turnirə ayın 27-də yekun vurulacaq.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə