Bakıda "BMW" piyadanı vuraraq öldürüb - FOTO

Bakıda

Bakıda baş verən yol qəzasında ölən piyadanın kimliyi məlum olub. 

APA-nın məlumatına görə, qəza nəticəsində ölən şəxsin, 1967-ci il təvəllüdlü Nadir Əlikişi oğlu Talıbov olması müəyyən edilib.

REAL

***

Saat 04:00

Bakının Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Tbilisi prospektində qeydə alınıb.

Belə ki, Xaqani Səfərov idarə etdiyi "BMW" markalı avtomobillə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən qəfildən yola daxil olan 50-55 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə