Qaxda partlayış olub, 6 nəfər xəsarət alıb - SİYAHI, YENİLƏNİB

Qaxda partlayış olub, 6 nəfər xəsarət alıb - SİYAHI, YENİLƏNİB

Səhiyyə Nazirliyi Qaxda baş verən partlayışda xəsarət alanlarla bağlı məlumat yayıb.

Nazirlikdən APA-ya verilən məlumata görə, Qaxda baş verən partlayış nəticəsində 6 nəfər Qax Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Onlardan 4-ün vəziyyəti yüngül, 2-nin vəziyyəti isə orta-ağır stabildir.

Həkimlərin bildirdiyinə görə xəstələrin həyati təhlükəsi yoxdur.

***

11:29

Qaxda partlayış olub.

APA-nın Şəki-Zaqatala bürosunun verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. Partlayış nəticəsində 5 nəfər rayon sakini xəsarət alıb. Xəsarət alanlar - 39 yaşlı Nuruşvili Tamazi, 49 yaşlı Zeynalaşvili Cemali, 26 yaşlı Daroşvili Sardion, 31 yaşlı Nuroşvili Dato və Papiaşvili Beka rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

REAL

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə