Binə bazarında son vəziyyət - VİDEO, YENİLƏNİB

Binə bazarında son vəziyyət - VİDEO, YENİLƏNİB
Yanan ərazi təmizlənir

REAL-ın əməkdaşı hadisə yerindən ən son vəziyyəti birbaşa olaraq çatdırıb.

***

10:47

“Binə” ticarət mərkəzində yanğın söndürülüb

Yanğın 2500 kvadrat metr sahəni əhatə edib, sahibkarlara ziyan dəyib

Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Binə Ticarət Mərkəzində yanğın olub. 

Bu bərədə FHN-in mətbuat katibi Gülçin Mehdiyeva REAL-a bildirib.

Yanğın təqribən 2500 kvadrat metr sahəni əhatə edib.

Hadisə yerində isə FHN-in əməkdaşları yanğının söndürülməsinə çalışıb.

"Binə" ticarət mərkəzində baş vermiş yanğın nəticəsində 3 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə hadisə yerinə cəlb olunmuş təcili tibbi yardım briqadasının həkimləri bildirib. xəsarət alanlar sahibkarlardır. Onlar yanan mağazalardan əşyaları çıxaran zaman tüstüdən zəhərlənib və ya yanıq xəsarətləri alıblar. Həmin şəxslərə həkimlər tərəfindən ilkin tibbi yardım göstərilib.

Yanğının saat 02:22-də məhdudlaşdırılıb və 02:46-da söndürülüb.

 

 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə