F1 üçün biletlər endirimlə satılacaq - VİDEO

F1 üçün biletlər endirimlə satılacaq - VİDEO
Qran-prinin iyunda keçirilməsi yay turizminin inkişafına dəstək verəcək

Oktyabr ayının sonunda Formula üzrə 1 Socar Azərbaycan qran-prisinin biletləri satışa çıxarılacaq.

Öncəki mərhələlərdə biletlər yarışın startından 6 ay əvvəl satışa çıxarılırdısa, bu dəfə azarkeşlərin bilet almaq üçün daha çox zamanı olacaq.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya Departamentinin rəhbəri Nigar Arpadarainin sözlərinə görə ilkin mərhələdə biletlər endirimlə satılacaq.

Son qran-pridən sonra pit binası və bəzi yerüstü keçidlər sökülməyib. Bu isə təşkilatıçıların işini asanlaşdırmaqla yanaşı, şəhər sakinlərinin də rahatlığına xidmət edir. Qran-prinin iyun ayında keçirilməsinə gəlincə.

Qeyd edək ki, buna qədər keçirilmiş 4 qran-prinin hər birində müxtəlif pilotlar qalib adını qazanıb. 2016-cı ildə almaniyalı Niko Rosberq birinci olubsa, bir il sonra avstraliyalı Daniel Rikardo qələbəni bayram edib.

Son iki yarış isə Mersedes pilotları Luis Hamilton və Valteri Botasın zəfəri ilə yekunlaşıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə