Medal uğrunda mübarizə

Medal uğrunda mübarizə
Ağayevlə Zaretska qızıl, Əliyeva isə bürünc üçün döyüşəcək

Rusiyada Karate1 Premyer Liqa turniri yekunlaşmaq üzrədir.

REAL xəbər verir ki, Moskvada reallaşan yarışda bu gün mükafatlar uğrunda döyüşlər təşkil olunacaq. Millimizin üzvlərində 3-ü medal qazanmağa yaxındır.

Turnirin ikinci günündə 68 kq çəki dərəcəsində qüvvəsini sınayan İrina Zaretska finala yüksəlib. Mübarizəyə braziliyalı Natalia Spiqolon üzərində minimal hesablı qələbə ilə başlayan Zaretska, ardınca danimarkalı Ketrin Pedersona şans verməyib, 4:0. Daha sonra çinli Linqlinq Tangaya da gücünü göstərən dünya və avropa çempionumuz yarımfinala yüksəlib.

Burada isə monteneqrolu Marina Pakoviç idmançımızın qarşısında tab gətirə bilməyib, 3:0. Millimizin üvzü finalda Çinin digər təmsilçisi Qonq Li ilə münasibətləri aydınlışdıracaq.

Xatırladaq ki, ilk yarış günü Rafael Ağayev 75 kq çəki dərəcəsində həlledici görüşə vəsiqə qazanıb. Nuranə Əliyevanın isə 50 kq-da bürünc mükafat əldə etmək şansı var.

Karate1 Premyer Liqa turnirinin Moskva mərhələsində 85 ölkədən ümulilikdə 642 idmançı mübarizəyə qoşulub.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə