“Qarabağ” “Düdelanj”a qarşı

 “Qarabağ” “Düdelanj”a qarşı
X.Romero və F.Ozobiç zədəlidir

“Qarabağ” bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirəcək.

Ağdam təmsilçisi qrup mərhələsinin II turunda Lüksemburqda “Düdelanj”ın qonağı olacaq.

“Jozi Bartel” stadionunda baş tutacaq A qrupunun görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Azərbaycan təmsilçisi bu matça Filip Ozobiç və Xayme Romerosuz çıxacaq. Hər iki yarımmüdafiəçi zədədən əziyyət çəkir.

Azərbaycan çempionu ilk turda İspaniyanın “Sevilya” komandasına Bakıda 3 cavabsız qolla uduzub. Lüksemburq klubu isə Kiprdə APOEL-i 4:3 hesabı ilə üstələyib. “Düdelanj” avrokuboklarda 5 oyunluq məğlubiyyətsiz seriyasına sahibdir.

Bu komandalar 3 mövsüm öncə ÇL-in II təsnifat mərhələsində görüşüblər.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv evdə Riçard Almeydanın dublu sayəsində 2:0 hesabı ilə qalib gəlib. Lüksemburqdakı görüşdə isə heç-heçə qeydə alınıb – 1:1. Azərbaycan çempionunun bərabərlik qoluna Reynaldo Silva imza atıb.

Qeyd edək ki, Düdelanj-qarabağ matçını şotlandiyalı hakim Con Biton idarə edəcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə