F 1-in gəlirləri 50 faiz artıb

F 1-in gəlirləri 50 faiz artıb
SOCAR Azərbaycan Qran-Prisini 90 milyon nəfər izləyib

Bu il baş tutmuş "Formula 1" SOCAR Azərbaycan Qran Prisi kommersiya baxımından ən sərfəlisi olub.

Bu barədə reala Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai məlumat verib.

Onun sözlərinə görə, ötən illə müqayisədə sponsorlardan gələn vəsaitin məbləği 50 faiz artıb.

Bakıda təşkil olunmuş sonuncu yarışı ümumilikdə 90 milyon nəfər izləyib ki, bu da ötən mövsümlə müqayisədə 10 faiz çoxdur.

Azərbaycan qran-prisi ilə bağlı KİV-də 37 mindən çox xəbər dərc olunub və bu məlumatların media dəyəri 131 milyon dollar təşkil edib.

Sözü gedən yarışda ümumilikdə 13 min işçi qüvvəsinin xidmətindən istifadə olunub.

"Formula 1" üzrə 2020-ci il Azərbaycan Qran Prisi üçün bilet satışına bu ayın sonunda start veriləcək.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə