Azad Mirzəcanzadə-91 (VİDEO)

Azad Mirzəcanzadə-91 (VİDEO)
Görkəmli alimin anadan olmasından 91 il ötür

"İstedadlılara kömək edin, yol göstərin, istedadsızlar özləri-özlərinə onsuz da yol tapacaqlar."

Bu sözləri Azərbaycanın XX əsrdə ən nadir zəkalarından biri, Dünya şöhrətli alim Azad Mirzəcanzadə tez-tez deyirdi.

Bu gün onun anadan olmasından 91 il ötür.

1928-ci il sentyabrin 30-da Bakıda Xəlil Mirzə Can oğlu Mirzəcanzadənin və Asiya Hacı Məmməd qızı Mirzəcanzadənin ailəsində dünyaya göz açıb.

Azad uşaqlıqdan xüsusi istedadı ilə seçilirdi. Orta məktəbi yaşıdlarından daha tez, 15 yaşında bitirməsi onun dövrünün universal zəka sahiblərindən biri olacağına işarə idi. 15 yaşında məktəbdə riyaziyyatdan dərs deyən Azad yaşı az olduğu üçün onu Azərbaycan Sənaye universitetinə qəbul etməsələr də, sonradan çətinliklə də olsa icazəni ala bilir.

Universitet illərindən elmi fəaliyyətlə məşğul olmağa başlayan Azad 23 yaşında Elmlər namizədi, 29 yaşında elmlər doktoru, 31 yaşımda professor adını alır. 41 yaşında isə artıq Elmlər Akademiyasının həqiqi üzvi idi.

Azərbaycan elminin inkişafında mühüm xidmətləri olan Azad Mirzəcanzadənin tətbiqi mexanika neft mədən sahəsində araşdırmaları dünya neft qaz sənayesinin inkişafında mühüm roy oynayıb.

O, dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirib. 50 ixtisası və elmi kütləvi əsərlərin müəllifi olub.

Azərbaycan müstəqillik qazandiqdan sonra ona Bakı Dovlət Universitetinin rektoru olmaq təklif edilir, Azad Mirzəcanzadə isə bu təklifi qəbul etmir.

Dünyanın əksər ölkələrində seminarlar verən Azad Mirzəcanzadə 1992-2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyasının sədri olur , 1993-2001-ci illərdə Dövlət Elm və Texnika Komitəsinə rəhbərlik edir.

Son dərəcə geniş maraq dairəsi olan Azad Mirzəcanzadənin musiqiyə xüsusi sevgisi və bağlılıgi olub.

Azad Mirzəcanzadə həyatı boyu ailə qurmayıb.

Akademik cox sevdiyi bacısının ölmümündən iki il sonra 2006-ci ildə onun dünyasının dəyişdiyi palatada və çarpayıda, və onun rəhmətə getdiyi gün, iyulun 17-də 78 yaşında vəfat edir.

Fəxri Xiyabanda dəfn edilib.

Bu gün Azərbaycanın ən tanınmış alimlərindən biri, universal zəka sahibi hesab edilən professor Azad Mirzəcanzadənin 91 yaşı tamam olur.

Digər xəbərlər
Bu gün
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə