Yəhudi başlı azərbaycanlı - VİDEO

Yəhudi başlı azərbaycanlı - VİDEO
60 yaşlı Məmməd Nazimoğlunun xatirəsinə

O özü öz tərifini sağlığında verib. Çiynində yəhudi başı gəzdirən azərbaycanlı. 90-cı illərin azərbaycanlıları isə onu Çayçı Məmməd kimi də tanıyır.

Məmməd Nazimoğlu - Azərbaycan mətbuatının ən işıqlı, ən Aydın adamı! İmzasını da elə aydınlıqda tanıtmışdı. Azərbaycanın aydın bir yol-müstəqillik yolu seçdiyi illərdə.

Bu gün onun doğum günüdür. Yaşasaydı 60 yaşı tamam olacaqdı. Amma o yaşaya bilmədi. Niyəsinə bəlkə də öz ad günü ilə bağlı zamanında yazdığı yazıda cavab var.

Yazırdı ki, sentyabrın 28-i mənim ad günümdür. Yuxarıdakı şəklə diqqətlə baxsanız, görərsiniz ki, mən 1959-cu il təvəllüdlüyəm. Amma mənə 40-dan çox yaş vermək olmaz. Mənim cavan qalmağım abırsızlıqla bağlı məsələ deyil. Elə olsaydı, gənc şair Qulu Ağsəs "Bu adam özü abırlı olsa da, qələmi çox həyasızdır" kəlməsini işlətməzdi.

Mən doğulanda Mingəçevir Su Elektrik Stansiyası fəaliyyət göstərdiyindən gözümü dünyaya açanda hər yeri işıqlı görmüşəm. Bir tərəfdən də Sovet hökuməti Allaha qarşı mübarizə apardığından qulağıma azan səsi yox, atamdan muştuluq istəyən mamaçanın səsi gəlib. Bütün bəşər övladı kimi, mən də doğulan kimi mamaça yanıma bir şapalaq vurub ki, ağlayım və səsim açılsın ki, ciyərlərim işə düşsün. Bu yaşa qədər də mamaçanın şapalağından başqa ayrı bir şapalaq yeməmişəm. Heç kimə bir qəpik borcum da yoxdu. Pula əl çirki kimi yox, yonca yarpağı üstündəki şeh kimi baxıram: axşam şeh düşür, səhər günəş dəyən kimi buxarlanır...Sonra yenə...sonra yenə...

Həyat da elədi...

Bu yazıdan 1 il sonra Məmməd Nazimoğlu da buxarlandı.Heç doğulmamış kimi…Ruhu şaddır, çünki imzasını sevənlər də, yaşadanalar da var.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə