Payızda hava şəraiti mülayim keçəcək - VİDEO

Payızda hava şəraiti mülayim keçəcək - VİDEO
Oktyabrın ilk günlərində temperatur iqlim normasından yüksək olacaq

"Payızın birinci yarısı Azərbaycanda ən əlverişli dövr kimi səciyyələndirilir. Temperatur göstəriciləri adətən 23-27 dərəcədən yüksək olmur".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, belə temperatur insanlar üçün ən komfort temperatur göstəricisi hesab oluna bilər.

U.Tağıyeva bildirib ki, sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək.

Departament direktoru qeyd edib ki, oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə