“Azərenerji” ASC: Mingəçevir İstilik Elektrik Stansiyasında təhlükəsizlik məsələləri tam həll olunub

“Azərenerji” ASC: Mingəçevir İstilik Elektrik Stansiyasında təhlükəsizlik məsələləri tam həll olunub
Sumqayıt Elektrik Stansiyası işini dayandıra bilər

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi sahil boyu ərazilərdə yerləşən şəhər və rayonlarda enerji sarıdan problemlərin yaranacağı məsələsini gündəmə gətirib.

Açıqlanan rəqəmlərdən isə görünür ki, bu sarıdan ən ciddi problem Sumqayıtda yaşana bilər.

"Azərenerji" ASC-nin Texniki İstehsalat İdarəsinin rəisi Vaqif Tağıyev "Real intervyu"da bu mövzuda danışır.

"Müvafiq araşdırmalar aparılıb. Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) yenidənqurma işləri aparılıb. Burada açarlar, kabellər, güc və idarəetmə kabelləri tam dəyişilib. Təhlükəsizlik məsələləri tam həll olunub. Burada 8 blok var. Enerji bloklarında itirilmiş enerjinin bərpası üçün işlər görülüb. Turbinlərdə eroziyaya uğrayan hissələr bərpa olunub. Avadalıqların istilik itkilərinin qarşısı alınması üçün yenidən bərpa olunub. Stansiyanın etibarlılığı artırılıb. Eyni zamanda onun texniki göstəriciləri yüksəlib. Stansiyada 4 enerji blokunda tam yenidənqurma işləri aparılıb ", - deyə "Azərenerji" ASC-nin Texniki İstehsalat İdarəsinin rəisi Vaqif Tağıyev bildirib.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə