Azərbaycan mədəniyyəti Çində - VİDEO

Azərbaycan mədəniyyəti Çində - VİDEO
Tələbələrimiz Çində beynəlxalq festivalda mədəniyyətimizi tanıdıb

Azərbaycanlı tələbələr Pekində Çin Neft Universitetində keçirilən beynəlxalq mədəniyyət festivalında ölkəmizi təbliğ edib.

Müxtəlif ölkələri təmsil edən tələbələrin mədəni əlaqələrini asanlaşdırmaq məqsədi daşıyan festival, həm də fərqli mədəniyyətlərin qarşılıqlı anlaşmasını yaxşılaşdırmağa xidmət edir.

Azərbaycanın Çindəki səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə hazırlanan stenddə Azərbaycanın mədəniyyətini, təbiətini, ölkənin inkişafını, tarixi və müasir memarlıq abidələrini əks etdirən cəlbedici fotoşəkillər, kitab və jurnallar, milli geyimlər, suvenirlər nümayiş etdirilib.

Azərbaycan stendini ziyarət edənlərə milli şirniyyatlarımızdan paxlava və şəkərbura, habelə Azərbaycan mətbəxinin tanınan təamlarından olan dolma təklif olunub. Bundan başqa, ziyarətçilərə ölkəmizə aid Çin və ingilis dilində nəşrlər paylanılıb.

Festival zamanı ölkəmizə olan böyük maraq diqqət çəkib. Belə ki, ziyarətçilərin çoxu ilk dəfə Azərbaycan, onun mədəniyyəti haqqında məlumat əldə edib. Gün ərzində yerli sosial şəbəkələrdə də Azərbaycanın festivalda iştirakına dair xeyli video və foto paylaşılıb.

Digər xəbərlər
Bu gün
Dünən

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə