Azərbaycan qazı TAP kəməri ilə İtaliyaya 2020-ci ilin IV rübündə çatdırılacaq

Azərbaycan qazı TAP kəməri ilə İtaliyaya 2020-ci ilin IV rübündə çatdırılacaq

Azərbaycan qazı Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə İtaliyaya 2020-ci ilin IV übündə çatdırılacaq.

REAL-ın “APA-Economics”ə istinadən verdiyi məlumata görə, bu barədə TAP-ın icraçı direktoru Luka Şipati Milanda keçirilən enerji sammitində çıxış edərkən bildirib.

Onun sözlərinə görə, TAP iqtisadi, strateji və geosiyasi nöqteyi-nəzərdən İtaliya üçün vacib rol oynayır.

Qeyd edək ki, TAP inşasına başlanılandan bəri işlərin 89,3%-i yekunlaşıb. Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq.

Azərbaycan qazının Avropaya 2020-ci ildə çatdırılacağı nəzərdə tutulur.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə