Dünya Çempionatına yekun vurulub

Dünya Çempionatına yekun vurulub
Son 2 qızılı Rusiya və Yaponiya komandaları aktivlərinə yazdırıblar

Bakıda bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub.

“Tokio 2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan yarışın yeddinci günündə qrup hərəkətləri komandaları final mərhələsində mübarizə aparıblar. İdmançılar 5 top, 2 cüt gürz və 3 halqa ilə proqramları icra ediblər.

Qrup hərəkətləri komandamızın heyətində Ayşən Bayramova, Diana Əhmədbəyli, Aliyə Paşayeva, Zeynəb Hümmətova və Darya Sorokina yer alıb. Üç halqa və iki cüt gürzlə həlledici mərhələdə Azərbaycan, Yaponiya, Bolqarıstan, Rusiya, Belarus, İsrail, İtaliya və Çin kollektivləri bacarıqlarını nümayiş etdiriblər. Rusiya komandası 29,450 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yaponiya seçməsi 29,400 balla ikinci yeri tutub. Ən güclü üçlüyü 29,200 xalla İtaliya millisi tamamlayıb. Hakimlərdən toplan 26,450 xal alan Azərbaycan kollektivi isə çempionatı 7-ci pillədə başa vurub.

Beş topla yarışlarda dünya çempionu adını yaponiyalı gimnastlar qazanıblar. Gündoğan ölkə təmsilçilərinin kompozisiyası hakimlər tərəfindən 29,550 xalla qiymətləndirilib. Bolqarıstan komandası 29,350 xalla gümüş, Rusiya isə 28,150 balla bürünc medala layiq görülüb.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə