İran Hörmüz boğazında təhlükəsizliyin qorunması üçün yeni təşəbbüslə çıxış edəcək

İran Hörmüz boğazında təhlükəsizliyin qorunması üçün yeni təşəbbüslə çıxış edəcək

İran Fars körfəzi və Hörmüz boğazında təhlükəsizliyin qorunması üçün yeni təşəbbüslə çıxış edəcək.

REAL-ın APA-ya istinadən məlumatına görə, bunu bu gün Tehranda İran-İraq savaşının ildönümü ilə əlaqədar keçirilən hərbi parada İran Prezidenti Həsən Ruhani bildirib.

H. Ruhani bu təşəbbüsü BMT-nin toplantısına açıqlayacağını bəyan edib: “Bizim istəyimiz Fars körfəzi və Hörmüz boğazında   sabitlik yaratmaqdır.  “Ümid koalisiyası və “Hörmüzdə sülh təşəbbüsü” ilə Nyu Yorka  səfər edəcəyik. Yaxın günlərdə BMT-də  bölgə xalqlarının  və İranın əməkdaşlığı ilə  Fars Körfəzi, Hörmüz boğazı və Oman dənizinin təhlükəsizliyinin təmini üçün layihə təqdim edəcəyik.”

H. Ruhani xarici hərbi qüvvələrin iştirakının Fars körfəzində sülhə kömək etməyəcəyini, qonşu xalqlara dostluq əli uzatdıqlarını vurğulayıb.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə