Müəllimlərin işə qəbulunun 2-ci turu - VİDEO

Müəllimlərin işə qəbulunun 2-ci turu - VİDEO
Namizədlər dörd vakant yer seçə bilərlər

2019-2020-ci tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə ikinci tur bu gündən başlayır. Namizədlər miq.edu.az saytına daxil olaraq ikinci turda iştirak edə bilərlər.

Sözü gedən prosesdə builki müsabiqədə vakant yer tutmayan, 2018 və ya 2019-cu il üzrə işə qəbul imtahanı nəticəsi olan şəxslərin iştirak hüququ var. Müəllimlərin işə qəbulu üzrə builki müsabiqəyə qatılan namizədlər şəxsi səhifələrinə daxil olmaqla vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.

Müddətli müqavilə ilə müəllimlərin işə qəbulu zamanı namizədlər dörd vakant yer seçə bilərlər. Kamran Əsədovun sözlərinə görə, Azərbaycanda ümumi təhsil müəssisələrinə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu 2009-cu ildən Bakıda, 2011 ildən isə bütün ölkə üzrə həyata keçirilir.

Azərbaycanda hər il müəllimlər müddətli müqavilə ilə işə qəbul olunurlar. Bəs dünya təcrübəsində müəllimlərin işə qəbulu hansı qaydalarla aparılır? Elə bu sualımıza cavabı da ekspert Kamran Əsədov verdi.

Qeyd edək ki, yalnız Bakı şəhəri üzrə ümumi təhsil müəssisələrində ibtidai sinif müəllimliyi üzrə müddətli müqavilə ilə müəllimlərin işə qəbulu Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə