“Xəzər-Dostluq dənizi” - VİDEO

“Xəzər-Dostluq dənizi” - VİDEO
Xəzəryanı ölkələr Həştərxanda Forumda toplaşacaq

Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın ratifikasiyası ilə bağlı məsələ sentyabrın 23-də Həştərxanda keçiriləcək Xəzər regionu ölkələrinin media forumunda ətraflı müzakirə olunacaq.

Bu barədə REAL-ın Rusiya bürosuna Rusiya Dövlət Dumasında Müstəqil Dövlətlər Birliyi, Avrasiya İnteqrasiyası və soydaşlarla əlaqə komitəsi sədrinin müavini Viktor Vodolaçkiy məlumat verib.

“Gələn həftə Həştərxanda Xəzər regionu ölkələrinin media forumu keçiriləcək. Gənc politoloqların və iqtisadçıların əsas müzakirə mövzularından biri Xəzərin hüquqi statusunun təsdiqindən sonra nələrin dəyişəcəyi, hansı yeniliklərin tətbiqi kimi məsələlər olacaq. Əlbəttə ki, konvensiyada olan 24 maddə dəqiqliklə hazırlanıb. bildirmək istərdim ki, həmin 24 maddə Xəzər dənizinin istifadəsində dostluqdan uzaq hər bir hərəkətin qarşısını alır. Bu prosesin iştirakçısı olmuş heç bir ölkə ordakı müddəaları tək başına dəyişə bilməz, İstər Azərbaycan, istər İran, istər Rusiya, istər də Türkmənistan. Əgər hansısa məqamda müddəaların dəyişməsi qaçılmaz olarsa, onda bütün dövlətlər toplaşıb birlikdə qərar qəbul edilir. Və həmin qərarla bu və ya digər maddədə dəyişiklik olunur”, - deyə Viktor Vodolaçkiy bildirib.

Rusiya Dövlət dumasının deputatı Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanın İrandan başqa bütün dövlətlər tərəfindən təsdiq olunduğunu nəzərə çatdırıb. Xəzər dənizini Dostluq dənizi adlandıran Viktor Vodolaçkiy İranın da yaxın zamanda bu sıraya qoşulacağını qeyd edib.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə