Qarabağ həqiqətləri Varşavada - VİDEO

Qarabağ həqiqətləri Varşavada - VİDEO
T.Gəncəliyev ATƏT-in Varşava konfransında Qarabağdan danışıb

Beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara səslənirəm ki, Ermənistana daha çox təzyiqlər göstərsinlər və onlar öz qoşunlarını Azərbaycanın beynəlxalq ictimiyyət tərəfindən tanınan torpaqlarından çıxarsınlar.

REAL xəbər verir ki, bunu Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyev ATƏT-in humanitar məsələlər, o cümlədən, insan qaçaqmalçılığı, qaçqınlar, məcburi köçkünlər və köçkün düşmə riski olan insanlarla bağlı məsələlərin Varşava Konfransında çıxışı zamanı bildirib.

"Cənab sədr, bu vacib iclasın hörmətli iştirakçıları, təşəkkür edirəm. Ermənistan nümayəndəsinin Dağlıq Qarabağı işğal etmək və azərbaycanlıları kütləvi şəkildə qətlə yetirmələri azmış kimi, Azərbaycanın Dağlıq Qarabağ regionu əhalisini kobud şəkildə susdurmaq cəhdlərini dəfələrlə görmüşük. Burada Dağlıq Qarabağ cəmiyətinin bir nümayəndəsi, sürgünə məruz qalmış bir şəxs, Ermənistanın etnik təmizləmə siyasətinə məruz qalan insan kimi çıxış edirəm. Ermənistanın indi də burada, demokratik bir ölkənin mərkəzində, ATƏT-in baş qərargahında, bizim səsimizi batırmaq üçün növbəti cəhdlərini görürük. Bu inanılmazdır.

Adım Tural Gəncəliyevdir. Dağlıq Qarabağdan olan Ermənistanın hərbi təcavüzü nəticəsində toraqlarından sürgün edilən 80 mindən çox azərbaycanlını təmsil edirəm. Artıq 30 ildən çoxdur ki, məcburi köçkün kimi yaşayırıq və bu illər ərzində doğma torpaqlarımıza qayıdacağımızı gözləmişik. Torpaqlarımız işğal olunub. Fundamental hüquqlarımız tapdanıb. Mülkiyyətlərimizə, evlərimizə qayıda bilmirik. Hətta, hazırda işğal altında olan torpaqlarımızdakı ailə üzvlərimizin qəbrlərini də ziyarət edə bilmirik. Babalarım, nənələrimin qəbri Dağlıq Qarabağ regionundadır. Özüm 1980-ci ildə Şuşada anadan olmuşam. 12 yaşım olanda Ermənistanın hərbi qüvvələri şəhəri işğal etdi. Dağlıq Qarabağ münaqişəsinin yeganə mümkün həll yolu Azərbaycanın ərazi bütünlüyü çərçivəsində sülh yoludur. Başqa həll yolu yoxdur.

Beynəlxalq ictimaiyyətə, beynəlxalq təşkilatlara səslənirəm ki, Ermənistana daha çox təzyiqlər göstərsinlər və onlar öz qoşunlarını Azərbaycanın beynəlxalq ictimiyyət tərəfindən tanınan torpaqlarından çıxarsınlar. Təşəkkür edirəm".
 

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə