“Qarabağ“ qrupun favoritinə qarşı - VİDEO

“Qarabağ“ qrupun favoritinə qarşı - VİDEO
Q.Qurbanov sualları cavablandırıb

Azərbaycan çempionu Qarabağ Avropa Liqasının qrup mərhələsində ilk matçını İspaniyanın Sevilya komandasına qarşı keçirəcək. Oyundan öncə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında media nümayəndələrinin suallarını cavablandırıb. Təcrübəli mütəxəssis rəqibin güclü olduğunu, bunula belə yaxşı nəticə qazanmağa çalışacaqlarını deyib.

Sevilya ilə matçda Mahir Emreli meydana çıxmayacaq. Futbolçu zədə səbəbindən komandasına kömək edə bilməyəcək. Cütün və qrupun favoriti Sevilya isə Bakıya qələbə üçün gəlib. İspaniya təmsilçisi Qarabağın Atletiko Madrdlə oyununu yaxşı xatırlayır. Bu səbəbdən pireneylilər komandamızla oyuna ciddi hazırlaşıb. Qarabağ-Sevilya matçı üçün satışa çıxarılmış biletlər demək olar ki tükənib. Görüş Tofiq Bəhramov adına respublika stadionunda keçiriləcək. Oyunun start fiti saat 20-55-də səslənəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə