Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Təhsil naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

Təhsil naziri Ceyhun Bayramov sentyabrın 27-də saat 10:00-da İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində İsmayıllı və Ağsu rayon sakinlərini qəbul edəcək. 

REAL Report-a istinadla xəbər verir ki, qəbulda İsmayıllı və Ağsu rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar 18-24 sentyabr (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər