“Hərbiyyə-Xəzər“ düşərgəsi - VİDEO

“Hərbiyyə-Xəzər“ düşərgəsi - VİDEO
Düşərgə ilk dəfə gəmilərdə və hərbi simulyasiya formatında keçiriləcək

“Hərbiyyə - Xəzər” düşərgəsinə start verildi. “ASAN xidmət”, Dövlət Sərhəd Xidməti və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə reallaşdırılan hərbi vətənpərvərlik düşərgəsinin açılış mərasimi DSX-nın Sahil Mühafizəsində baş tutdu. Açılış mərasimində Asan xidmətin sədri Ülvi Mehdiyev, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-leytenant Azad Ələkbərov iştirak etdilər. Ülvi Mehdiyev bildirdi ki, cari il ərzində könüllülərin çoxsaylı müraciətləri nəzərə alınaraq "Hərbiyyə" düşərgəsinin üçüncüsü gerçəkləşib.

Tədbirdən sonra düşərgə iştirakçıları Sahil mühafizəsinin bazası və sərhədçilərin fəaliyyəti ilə yaxından tanış oldulr. 18-19 sentyabr tarixini əhatə edəcək düşərgə ilk dəfə olaraq gəmilərdə və hərbi simulyasiya formatında həyata keçiriləcək. Layihə çərçivəsində iştirakçılar

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsində “Tufan” tipli gəmilərdə təlimatlandırılmaqla yerləşdiriləcəklər.

Həmçinin iştirakçılar dənizə çıxış, atış poliqonuna hərəkət, poliqonda yarışların keçirilməsi, rabitə danışıqları üzrə məlumatın kodlaşdırılması və deşifrə edilməsi, dəniz düyünlərinin bağlanması, “Valiant” tipli qayıqlarla müəyyən məsafədə estafetin keçirilməsi, Simulyator vasitəsi ilə artilleriya atışının, 23-mm-lik “TAYFUN” silahından atışın icra edilməsi və digər hərbi hazırlıqlarda iştirak edəcəklər.

Qeyd edək ki, “Hərbiyyə - Xəzər” gənc nəslin hərbi vətənpərvərlik hislərinin gücləndirilməsi istiqamətində təşkil olunan sayca 5-ci hərbi vətənpərvərlik düşərgəsidir.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə