Bakı metrosunda sıxlıq - VİDEO

Bakı metrosunda sıxlıq - VİDEO
Metrodan hər gün 800 minə yaxın vətəndaş istifadə edir

Sentyabr ayının 14-dən etibarən Bakı Metropoliteni qış qrafikinə keçsə də, son günlər yeni tədris ilinin başlanması ilə əlaqədar metronun fəaliyyətində müəyyən problemlər müşahidə olunur. Xüsusilə pik saatda. Məsələn, elə bu gün səhər saat 8.30 radələrində Dərnəgül istiqamətində işləyən qatarların hərəkət intervalında gecikmələr diqqətdən yayınmayıb. Sərnişinlər isə sıxlıqdan yaxa qurtarmaq üçün təzə bir metoda əl atıblar. Onlar qatara minə bilmək üçün əks istiqamətdə gedən qatarlara minir, bir neçə stansiyadan sonra yenidən geri dönüb təkrara eyni stansiyadan keçirlər.

Niyə? Metropoliten iş qrafikində daha nələr etməlidir ki, belə vəziyyət yaranmasın

Müsahibim deyir ki, metroda ildə iki dəfə qrafik dəyişdirilir.Yay mövsümündə sərnişinlərin azalması müşahidə olduqundan qatarların sayı azalır və interval böyüyür.Günün səhər və axşam saatlarda metrostansiyalarda sıxlıq müşahidə olunur. Bu isə adətən yeni tədris ilinin başlanması ilə əlaqədar olur.

Xatırladaq ki, Bakı metrosu bu gün paytaxt sakinlərinin ən çox istifadə etdiyi nəqliyyat vasitəsidir. Hər gün metrodan azı 8 yüz min vətəndaş yararalanır.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə