Qarabağ qazisinin müraciəti - VİDEO

Qarabağ qazisinin müraciəti - VİDEO
Əlillik dərəcəsinin dəyişdirilməsi üçün təkrar müayinəyə ehtiyac var

2 qrup Qarabağ əlili Elşən Allahverdiyev öz əlillik dərəcəsinə yenidən baxılmasını istəyir.

Bununla bağlı o REAL TV-yə müraciət edib.

Elşən Allahverdiyev 1992-ci il mayın 10-da Ağdam rayonunda yaralanıb, o müharibə vaxtı tankçı olub ve hərbi maşının içərisində bərk əzilərək xəsarət alıb.

Bundan sonra ona 2-ci qrup əlillik dərəcəsi müəyyən olunub.

Şikayətçi iddia edir ki, onun əlillik dərəcəsi 1-ci qrupa uyğun gəldiyi halda, ona 2-ci qrup əlillik müəyyən olunub.

Şikayətlə bağlı Dövlət-sosial ekspertiza ve reablitasiya xidmətinə müraciət etdik.

Qurumun mətbuat katibi Gülnar Əzizovanın sözlərinə görə şikayətçinin əlillik qrupunun dəyişdirilməsi üçün həmin şəxs müvafiq səhiyyə müəssiəsinə müraciət etməlidir.

Hər halda, Elşən Allahverdiyev birinci qrup əlilliyə gedən yolun haradan keçdiyini eşitdi. O yol düz onun evinin yaxınlığındadır. Ağcabədi rayonunda. Sosial ekspertiza və reablitasiya xidmətinin yerli şöbəsinə gedən və işin yerdə qalan hissəsini həyata keçirə bilər. Ümid edək ki, əlilin problemi ilə bağlı süründürməçiliyə yol verilməz. Təkcə ona görə yox ki, sağlamlığını Qarabağda itirib, həm də ona görə ki, əlildir. Hər gün o yolu gedib gələ bilmir.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə