İlk qaliblər müəyyənləşdi

İlk qaliblər müəyyənləşdi
Rusiyalı gimnastlar qızıl medalları “özəlləşdiriblər”

Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının ilk mükafatçıları müəyyənləşib. Medalları rusiyalı gimnastlarla israil təmsilçisi aktivinə yazdırıb. Əvvəlcə qaliblər fərdi proqramda halqa ilə hərəkətlərdə məlum olublar.

Burada Rusiya təmsilçisi Yekaterina Seleznyova fəxri kürsünün zirvəsinə qalxıb. Onun final yarışındakı çıxışı hakimlər tərəfindən 23,500 xalla qiymətləndirilib. 23,400 xal toplayan israilli Linoy Aşram 2-ci, digər rusiyalı idmançı Dina Averina isə 23,350 xalla 3-cü yerə çıxıb.

Rusiyalı Dina və Arina Averina bacıları da mundialın medlarına sahib çıxıblar. Əkiz bacılar topla hərəkətlərdə ilk iki pillədə qərarlaşıblar. Dina 23,500 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Arina isə 23,050 xalla gümüş medal qazanıb. İlk üçlüyü israilli gimnast Linoy Aşram tamamlayıb.

Qeyd edək ki, Milli komandamızın heyətində Zöhrə Ağamirova və Veronika Hudis bu növdə bacarıqlarını nümayiş etdiriblər. Gimnastlarımız ilk səkkizlikdən kənar qaldıqları üçün, finala vəsiqə qazana bilməyiblər.

Xatırladaq ki, çempionatda 61 ölkədən 300-dən çox idmançı mübarizə aparır. Sayca, 37-ci dəfə rellaşan mundial Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.

Azərbaycan millisini yarışda 9 gimnast təmsil edir. Fərdi proqramında Ağamirovayla Hudislə yanaşı, Yelizaveta Luzan və Məryəm Səfərova hakimlərdən maksimum bal almağa çalışacaq.

Qrup hərəkətlərində isə Aliyə Paşayeva, Diana Əhmədbəyli, Darya Sorokina, Ayşən Bayramova və Zeynəb Hümmətova bacarığını nümayiş etdirəcək.

Digər xəbərlər
Bu gün

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə