Əsrin Müqaviləsi - VİDEO

Əsrin Müqaviləsi - VİDEO
O, çətin və mürəkkəb bir şəraitdə imzalandı

Söhbət sentyabrın 20-da 25 illiyini qeyd etdiyimiz “Əsrin müqaviləsi”ndən gedir.

O günlərin çətinliyini bilənlər bilir, amma Əsrin müqaviləsi ilə yaşıd olanlar bilməyə bilər. Ona görə də 25 yaşlı azərbaycanlıya Heydər Əliyevin bu müqaviləni hansı mürəkkəb şəraitdə, necə çətinliklər hesabına imzaladığından danışacağıq. Təbii ki, o günlərin şahidləri və qəzetlərinə istinadən.

Çoxları bilmir, 1994-cü ilin fevral-mart aylarından başlayaraq ermənilər aramsız hücum edirdilər. Bərdə və Tərtər istiqamətində cəbhəni yarıb Yevlax yoluna çıxmaq istəyirdilər. Əslinə qalsa bu ermənilərin yox, rusların planı idi ki, nefti Qərbə çıxarmağın yeganə yolu Gürcüstandan keçirdi.

Erməni qoşunları Yevlax magistralına çıxsaydı, demək olar ki, həmin yolda neft boru kəmərlərinin marşrutları bağlanacaqdı və heç bir neft kontraktları artıq imzalana bilməzdi. O magistralı ermənilər bağlasaydılar bircə yol qalırdı İran. İranla da nə ABŞ-ın, nə də Qərb şirkətlərinin heç bir əlaqəsi yox idi. Bir də qalırdı Rusiya, onla da Rusiya ərazisindən istəmirdilər. Ona görə də 3 ay ərzində 6 dəfə ermənilər geniş miqyaslı hücumlar keçirdilər 1994-cü ilin yaz aylarında..

Yalnız 1994-cü ilin mayında Bişkekdə atəşkəs haqqında razılaşmadan sonra Azərbaycanda neft müqavilələri üçün əlverişli şərait yarandı.

Bəli, Azərbaycanı o illərdə təkcə xarici yox, daxili təhlükə də təhdid edirdi. O təhlükə nədən ibarət idi? Sabah bu haqda danışacağıq.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə