Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib

Şimali Koreyaya aid balıqçı gəmisinin heyəti Rusiya sərhədçilərinə hücum edib

Şimali Koreyaya məxsus gəminin ekipajı Yapon dənizində Rusiya sərhədçilərinə hücum edib.

REAL APA-a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzinin məlumatında deyilir.

Bildirilir ki, gəmi heyəti hərbçilərə qarşı odlu silahdan atəş açıb və üç rusiyalı sərhədçini yaralayıb.

Məlumata görə, sərhədçilər Yapon dənizinin Rusiyaya aid olan hissəsində brakonyerliklə məşğul olan iki yelkənli gəmi və 11 motorlu qayıq aşkarlayıblar. Gəmilərdən birinin heyəti sərhədçilərə silahlı müqavimət göstərib.

FTX-nin Primorsk diyarı üzrə Sərhəd İdarəsi hadisəni araşdırır.

Digər xəbərlər
Dünən

Bütün xəbərlər

Siyasət

Mir Şahinin vaxtı

İqtisadiyyat

Sosial

Real İntervyu

İdman

Çox Oxunanlar

Mədəniyyət

Real TV Sosial Şəbəkələrdə